Pakistanın tanınmış jurnalisti Həmi Mir ölkənin Karaçi şəhərindəki hava limanında yaraqlıların basqınına məruz qalıb.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, yerli polis bildirib ki, jurnalistə üç güllə dəyib, ancaq bu onun həyatı üçün təhlükə yaratmır.
Həmid Mir dünyada 2001-ci ildə məşhurlaşıb. O, həmin il sentyabrın 11-də ABŞ –da “göydələnlər” dağıdılandan sonra “əl-Qaidə”-nin lideri Üsamə bin-Ladendən müsahibə götürən ilk jurnalistdir.
Həmid Mir hazırda “GeoTV”-də teleaparıcı işləyir.