Beyin ölümündən 54 gün sonra dünyaya uşaq gətirdi
04 may 2015 16:13 (UTC +04:00)

Beyin ölümündən 54 gün sonra dünyaya uşaq gətirdi

ABŞ-da 22 yaşlı qadın ölümündən 54 gün sonra uşaq dünyaya gətirib. APA TV-nin xəbərinə görə, beyin ölümü keçirən Karla Perez 54 gün yaşam mücadiləsi aparıb.
 
Yüzə yaxın həkim və tibb bacısı Karlanın doğuşu gerçəkləşdirməsi üçün mübarizə aparıb. Doğulan körpəyə "Angel" (Mələk) adı verilib.
 
Karla Perez evində beyin qanaması keçirdikdən sonra fevralın 8-də xəstəxanaya yerləşdirilib. Həkimlər 22 həftəlik hamilə qadını yaşatmağı qərara alıblar. Erkən doğum baş versə, körpənin yaşamayacağını düşünən həkimlər ananı 10 həftə süni nəfəs aparatına qoşublar. Xüsusi qidalarla bəslənən ana körpəsini dünyaya gətirənə qədər həyatda qalmağı bacarıb. Körpə doğulandan 2 gün sonra ana dünyasını dəyişib. Onun orqanları daha 3 nəfərin yaşamasına vəsilə olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 201
avatar

Oxşar yazılar