Bəşər Əsəd həlqəni yardı, Moskvada Putinlə görüşdü - YENİLƏNİB
21 oktyabr 2015 13:18 (UTC +04:00)

Bəşər Əsəd həlqəni yardı, Moskvada Putinlə görüşdü - YENİLƏNİB

0

Suriya prezidentiBəşər Əsəd oktyabrın 20-də Rusiyaya səfər edərək prezident Vladimir Putinlə görüşüb.

 

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, bu barədə V. Putinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb. O deyib ki, görüşdə Rusiyanın Suriyada hərbi əməliyyatlarının davam etdirilməsi məsələsi müzakirə olunub.

 

D. Peskov danışıqların həm dar, həm də geniş formatda aparıldığını söyləyib. Geniş formatda keçirilən görüşdə Rusiya hakimiyyətinin yüksək vəzifəli nümayəndələri iştirak edib. “Danışıqlar kifayət qədər uzun oldu, mövzu isə hamıya aydındır” , - deyə D. Peskov bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 477

Oxşar yazılar