İranda bəhai dininə mənsub bacılar Nəva Xülusi və Nika Xülusinin tutulduğu bilinib.
Lent.az-ın “Media forum”-a istinadən məlumatına görə, ETTELAAT-ın Məşhəd şöbəsinin əməkdaşları Nəva Xülusini yaşadığı evdə tutublar. Evdə yoxlama aparılıb, bəhai dini ilə bağlı kitablar və bir sıra başqa şəxsi əşyalar götürülüb.
ETTELAAT əməkdaşları həmin gün valideynləri ilə səfərdə olan bacısı Nika Xülusini Ramsər şəhərində tutub, bilinməz istiqamətə aparıblar.
Bundan əvvəl Məşhəd məhkəməsi hər iki bacını “bəhai dininə mənsub olmaqda və sistemə qarşı təbliğat aparmaqda” günahlandıraraq, onları həbsə (Nika Xülusini 6 il, Nəva Xülusi 4 il yarım) məhkum etsə də, onlar mülk girovu qarşılığında müvəqqəti azadlığa buraxılmışdılar.
İran Konstitusiyası bəhaikliyi din kimi tanımır.