Batmış gəmidən xəzinə çıxdı
30 iyul 2015 07:26 (UTC +04:00)

Batmış gəmidən xəzinə çıxdı

0

Amerikanın Florida ştatı sahillərində xəzinə axtaran bir ailə əsrlər əvvəl batmış bir gəminin içərisindən xəzinə tapıb.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə, 3 əsr əvvəl batan “Queens Jevells” (Kraliçanın Qızılları) adlı gəmidə tapılan xəzinənin 51 qızıl sikkədən və 12 metr uzunluğundakı qızıl zəncirdən ibarət olduğu məlum olub. Dəyəri 1 milyon dollar olan xəzinə ailə üzvləri arasında bölünəcək. Məlumatlara görə, xəzinəni tapan Schimitt ailəsi illərdir batıq gəmilərin içərisində xəzinə axtarırlar. Florida ştatındakı qanunlara görə, dövlət tapılan xəzinənin 20%-ə əl qoyur və muzeydə sərgiyə çıxarır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 261

Oxşar yazılar