Barselonaya sonuncu dəfə ötən il noyabrın 2-də yağış yağıb.
Lent.az-ın “azərtac”-a istinadən xəbərinə görə, artıq 90 gündür ki, şəhərdə quraqlıqdır. Bu, 1928-ci ildə qeydə alınmış 83 günlük quraqlıq rekordunun yenilənməsi deməkdir.
Sinoptiklər hər kvadratmetrə azı bir litr suyun düşdüyü halda, bunu yağış kimi qeydə alırlar. Barselonada isə artıq 3 aydır belə hal baş verməyib. Sinoptiklərin yaxın günlərə olan proqnozlarında da yağış gözlənilmədiyindən, quraqlığın hələ nə qədər davam edəcəyi məlum deyil.