Banqladeşdə bərə qəzaya uğrayıb: azı 17 sərnişin ölüb
16 may 2014 04:19 (UTC +04:00)

Banqladeşdə bərə qəzaya uğrayıb: azı 17 sərnişin ölüb

Banqladeşin mərkəzində Meqhna çayında “Miraj-4” bərəsi batıb. Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, qəza yerində xilasedicilər 17 nəfərin cəsədini aşkarlayıb.

 

Məlumata əsasən bərənin göyərtəsində 200-500 sərnişin olub. Sərnişinlərin çoxunun talei bəlli deyil.

 

İlkin versiyaya görə, hadisənin baş verməsinə səbəb əlverişsiz hava şəraiti və bərənin normadan artıq yüklənməsi olub.

 

Mənbə xatırladıb ki, bu, Banqladeşdə ilk hadisə deyil. Bu ay ölkənin cənubunda “Şatil” bərəsinin qəzaya uğraması nəticəsində 6 sərnişin ölmüş, onlarla sərnişin İtkin düşmüşdü.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 495
avatar

Oxşar yazılar