Baltimorda toqquşma ara vermir: <b>200 nəfər saxlanılıb</b>
28 aprel 2015 19:13 (UTC +04:00)

Baltimorda toqquşma ara vermir: 200 nəfər saxlanılıb

ABŞ-ın Baltimor şəhərində (Merilend ştatı) polislə etirazçılar arasındakı toqquşmalar zamanı 200 nəfər saxlanılıb.

 

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, iğtişaşlar nəticəsində 144 avtomobil və 15 bina yandırılıb.

 

Qarşıdurma zamanı şəhərin bir neçə böyük alış-veriş mərkəzi talan edilib.
 


Xatırladaq ki, toqquşmalara səbəb 25 yaşlı qaradərili Freddi Qreyin polis tərəfindən saxlanılmasından bir həftə sonra xəstəxanada vəfat etməsi olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 111
avatar

Oxşar yazılar