Bacısını zorlayan iki qardaşın məhkəməsi oldu
07 may 2014 18:58 (UTC +04:00)

Bacısını zorlayan iki qardaşın məhkəməsi oldu

Türkiyədə bacısını zorlamış iki qardaşın məhkəməsi keçirilib. Lent.az-ın məlumatına görə, Ərzurum Ağır Cinayətlər Məhkəməsində 23 yaşlı H.B.-yə təcavüzdə təqsirləndirilən onun qardaşları 29 yaşlı A.B. və 27 yaşlı M.B.-nin məhkəmə prosesi zamanı maraqlı detallar üzə çıxıb. Qars şəhərindəki kəndlərdən birində imamlıq edən A.B. təqsirsiz olduğunu bildirib və bacısının onu şərlədiyini deyib: “Bu günə kimi çoxlu qız tələbəm olub. Ancaq məndən bircə şikayət də olmayıb”.

 

Qeyd edək ki, H.B. keçən ilin noyabr ayında polisə müraciət edərək qardaşlarının ona təcavüz etdiyini xəbər verib. H.B. qardaşı A.B.-dən hamilə qaldığını və Ankarada abort olunduğunu da əlavə edib.

 

Məhkəmədə hər iki qardaş haqqında 18 ilə qədər həbs cəzası istənilib.

 

Hakimlər məhkəmənin H.B.-nin İstanbul Tibb Komitəsindən alınacaq arayışına görə məhkəməni təxirə salıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3716
avatar

Oxşar yazılar