Dünyada neçə azərbaycanlı “qanuni oğru” var?
04 sentyabr 2015 14:35 (UTC +04:00)

Dünyada neçə azərbaycanlı “qanuni oğru” var?

Dünyada “qanuni oğru” adı daşıyan kriminal imicli şəxslərin sayı 485-dir.  Lent.az-ın məlumatına görə, bu barədə modern.az  Rusiya KİV-ə istinadən xəbər verib. Xəbərdə deyilir ki,  "qanuni oğrular"ın 118-i həbsdə, 14-ü isə axtarışdadır. Ən yaşlı “qanuni oğru” keçən əsrin 70-ci illərindən ABŞ-da məskunlaşan 88 yaşlı Borya Uşatıy və onun Gürcüstanın Kutaisi şəhərindən olan həmyaşıdı Kukura Zedaşidzedir. Ən gənc “oğru” isə yenə milliyyətcə gürcü  22 yaşlı Rezo Ubilavadır.

Dünyadakı “qanuni oğru”ların 57 faizi milliyyətcə gürcüdür. Onların arasında Şuşanaşvili, Tvalçelidze, Qoqoladze, Mikaeladze, Caparidze, Papiaşvili və Kardava kimi məşhur klanlar var.

İkinci ən titullu xalq isə ruslardır. Onların 61-i kriminal aləmin bu nüfuzlu adını daşıyır.

 

Say çoxluğuna görə 3-cü pillədə ermənilərdir. Rusiya mətbuatı iddia edir ki, erməni “oğrular” Rusiyada deyil, daha çox öz tarixi vətənləri Ermənistanda yaşayırlar. Səbəb isə yerli hakimiyyətin onlara çox komfortlu şərait yaratmasıdır.

 

Maraqlıdır ki, azsaylı yezidi kürdlər ən çox “qanuni oğru” adına sahib 4-cü etnosdur. 

 
Azərbaycanlılar “qanuni oğru”ların sayına görə (18 nəfər) 5-ci, abxazlar isə 6-cı pillədədir.

 

Gürcülər – 276 (57 faiz)
Ruslar – 61 (13 faiz)
Ermənilər – 35 (8 faiz)
Yezidi kürdlər – 27 (6 faiz)
Azərbaycanlılar – 18 (4 faiz)
Abxazlar – 9 (2 faiz)
Çeçenlər – 8 (2 faiz)
Ukraynalılar – 7 (2 faiz)
Yəhudilər – 6 (2 faiz)
Tatarlar – 5 (2 faiz)
Yunanlar – 5 (2 faiz)
Osetinlər – 3 (1 faiz)
Avarlar – 1(1 faiz)
Ləzgilər - 1 (1 faiz)
Talışlar -1 (1 faiz)

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 679

Oxşar yazılar

Danimarkanın Baş naziri qeyri-adi hədiyyə  aldı-FOTO

Danimarkanın Baş naziri qeyri-adi hədiyyə aldı-FOTO

21 iyun 2025 , 03:28
Dünyanın ən yaxşı restoranları  açıqlandı

Dünyanın ən yaxşı restoranları açıqlandı

21 iyun 2025 , 02:33
İranda güclü zəlzələ  baş verdi

İranda güclü zəlzələ baş verdi

20 iyun 2025 , 23:13
Qadın bodibildinq çempionunu çəkiclə öldürdülər

Qadın bodibildinq çempionunu çəkiclə öldürdülər

20 iyun 2025 , 20:42
Ərdoğan İstanbulda Paşinyanı qəbul etdi

Ərdoğan İstanbulda Paşinyanı qəbul etdi

20 iyun 2025 , 20:16
İsrail-İran müharibəsi - SON DƏQİQƏ

İsrail-İran müharibəsi - SON DƏQİQƏ

20 iyun 2025 , 17:17
Qadın həkimə getdi, kişi olduğu  üzə çıxdı - ŞOK

Qadın həkimə getdi, kişi olduğu üzə çıxdı - ŞOK

20 iyun 2025 , 15:53
İranda daha bir nüvə alimi  öldü

İranda daha bir nüvə alimi öldü

20 iyun 2025 , 15:23