Rusiyada 25 yaşlı azərbaycanlı polisə hücum edib. Lent.az-ın anspress-ə istinadən verdiyi xəbərə görə, Rusiya daxili işlər nazirliyinin Primorsk bölgəsi üzrə mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, 25 yaşlı azərbaycanlı «Subaru Legacy» avtomobilni idarə edərək qəsdən polis əməkdaşının üzərinə sürüb və daha sonra polisləri davaya təhrik edib.
Məlumata görə mübahisəyə səbəb polis əməkdaşlarının azərbaycanlının çimərlik ərazisinə girənlərdən qanunsuz yolla pul alması faktını, inzibati xəta haqqında protokolda qeyd etməsi olub.