<span style="color:red;">Azərbaycanlı Rusiyada 31 dərəcə şaxtada aclığa başladı : ""Deyirlər boşan, uşaqları da "detdom"a ver" - <span style="color:red;">YENİLƏNİB
01 dekabr 2016 12:48 (UTC +04:00)

Azərbaycanlı Rusiyada 31 dərəcə şaxtada aclığa başladı: ""Deyirlər boşan, uşaqları da "detdom"a ver" - YENİLƏNİB

Novıy Urenqoyda aclıq edən Musa Məmmədovla bağlı bəzi təfərrüatlar əldə etmişik. Lent.az-ın məlumatına görə, Musa Məmmədovun onun evdən mərhum edilməsiylə bağlı keçirilən məhkəmədən xəbəri belə olmayıb. Urenqoyda yaşayan soydaşımız Akif Əliyevin dediklərindən: “ Məhkəməni keçiriblər, Musanın isə xəbəri belə olmayıb. Çox kasıb adamdı Musa, xəbəri olsaydı belə, vəkil tutmağa pulu yox idi. Şəhər meriyasından ona deyiblər ki, aclığı dayandır, əks halda uşaqları alıb uşaq evinə verəcəyik. Musa isə fasiləsiz aksiya başlayıb. Şəhər merinin müavini Andrey Martınov isə deyib ki, vəsaitimiz yoxdur, ona yeni mənzil verə bilməyəcəyik. Həmin ev isə, hansı ki, Musa yaşayırdı, söküləcək. Andrey Martınov yerli diaspora sədri nə deyib ki, həmyerlinizdir, qohumları yığılsın, ona  ev alsınlar”.


 

Bir qədər əvvəl Musa şəhər merinin yanında da olub. Problemi hələ etmək əvəzinə ona bildiriblər ki, həayt yoldaşında boşan, uşaqları da "detdom"a ver. “Musa da əsəbiləşib ki, sənin uşaqların isti yerdə yatır, amma mənimkilər 30 dərəcə şaxtada donurlar. Utanmırsan, hər gün televizora çıxıb uşaqlara qayğıdan da danışırsan. Bundan sonra onu merin kabinetindən qovublar”.


 

Həmsöhbətimizin dediyinə görə, aksiya yerli telekanal və qəzetlərin diqqətindədir.  Meriyanı narahat edən də budur. Ona görə, israrla aksiyanı dayandırmağı xahiş edirlər. Amma dərd odur ki, problemi də həll etmirlər”.

Musa Mmədəovun başladığı aksiya ilə bağlı Azərbaycanını Yekaterinburqdakı konsulluğu ilə də əlaqə saxladıq. Konsulluqdan isə Lent.az-a bildirdilər ki, əhatə etdikləri region həddən artıq böyük olsa da, hər bir azərbaycanlının probleminə həssaslıqla yanaşırlar. “Amma söhbət ondan gedir ki, həqiqətən də bizə belə müraciət gəlməyib. Gəlsəydi, mütləq müəyyən strukturlarla əlaqə saxlayardıq. Biz bu məsələni araşdıracayıq. Məsələ diqqətimizdə olacaq” , deyə konsulluqdan bildirdilər.

 

***

Rusiyanın Novıy Urenqoy şəhərində azərbaycanlı Musa Məmmədov aclığa başlayıb. Lent.az-ın məlumatına görə, Musa iki uşağıyla bərabər şəhər meriyasının qarşısında, öz maşınında aksiya keçirir.

Məlumata görə, aksiyaya səbəb onun yaşadığı mənzildə istiliyin və işığın kəsilməsidir.

Məmmədov 1998-ci ildə şəhərin Zvyozdnı küçəsi, 57 ünvanında işlədiyi yerdən ev verilib. Özü və iki uşağı  Rusiya vətəndaşı olsa da, həyat yoldaşı Elza Azərbaycan pasportu daşıyır. Yerli məhkəmə isə bunu əsas gətirərək qeyri-qanuni şəkildə mənzilin orderini ləğv edib. Mənzildən çıxmayan Məmmədovları isə yerli meriya onların telekommunikasiya xətlərini kəsməklə cəzalandırıb. Şaxtalı havada yaşamağın mümkün olmadığını görən, Məmmədovlar indi Musanın maşınına yığışıblar.

Musanın dediyinə görə, dəfələrlə müraciət etməlsinə baxmayaraq, nə Azərbaycan səfirliyi, nə də Yekaterinburqdakı konsulluq ona kömək etmir. 

Onu da qeyd edək ki, bu dəqiqələrdə Novıy Urenqoyda 31 dərəcə şaxta var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 182
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35