Azərbaycanlı Rusiya Dövlət Dumasında deputat köməkçisi təyin olundu
03 fevral 2016 22:35 (UTC +04:00)

Azərbaycanlı Rusiya Dövlət Dumasında deputat köməkçisi təyin olundu

0

Azərbaycanlı Rusiya Dövlət Dumasında deputat köməkçisi təyin olunub.

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Dövlət Dumasının millətlərlə iş üzrə komitəsinin sədri Hacimət Səfərəliyev "Xalqlar Dostluğu" xeyriyyə Fondunun prezidenti, Dövlət Dumasının millətlərlə iş üzrə komitəsinin ekspert şurasının üzvü Araz Mürsəliyevi öz köməkçisi təyin edib.

 

H. Səfərəliyev Araz Mürsəliyevin milli birlik sahəsində böyük iş təcrübəsinə malik olduğunu söyləyib. O, köməkçisinə ictimai təşkilatlarla, etnomədəni birliklərlə millətlərarası münasibətlərin harmonizasiyası məsələlərinə dair qarşılıqlı fəaliyyəti və əməkdaşlığı davam etdirməsini tapşırıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 912

Oxşar yazılar