Azərbaycanlı kursant Rusiyada itkin düşüb
09 fevral 2015 16:27 (UTC +04:00)

Azərbaycanlı kursant Rusiyada itkin düşüb

 Rusiyanın Novorossiysk şəhər polisi itkin düşmüş azərbaycanlı kursant haqqında axtarış elan edib.

 

APA-nın məlumatına görə, şəhər üzrə Daxili İşlər Nazirliyi İdarəsi 1992-ci il təvəllüdlü azərbaycanlı, Qazaxıstan vətəndaşı Arif Koroğluyevin itkin düşdüyünü bəyan edib.

 

O, F.F.Uşakov adına Akademiyanın 5-ci kursunda təhsil alan kursantdır. 25 dekabr 2014-cü ildə saat 12.17-də Arif Novorossiysk avtovağzalından Novorossiysk-Krasnodar istiqamətində yola düşüb. İndiyə kimi onun yeri məlum deyil.

 

Boyu 185 sm, gözləri göy, açıq-şabalıdı saçı olan bu oğlanın əynində qara rəngdə kapşonlu gödəkçə, tünd rəngli cins və qara rəngli ayaqqabı olub. Mobil telefonu olsa da, bir aydır həmin nömrəyə zəng çatmır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 219
avatar

Oxşar yazılar