Azərbaycanlı biznesmenin şirkəti Rusiyada yenidən birinci oldu
24 sentyabr 2015 05:58 (UTC +04:00)

Azərbaycanlı biznesmenin şirkəti Rusiyada yenidən birinci oldu

0

Rusiyanın 200 ən nəhəng özəl şirkətlərinin növbəti reytinqi açıqlanıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, reytinq Forbes jurnalının Rusiya nəşri tərəfindən tərtib olunub.

 

Son iki ildə olduğu kimi, bu dəfə də reytinqdə ilk yeri Vahid Ələkbərovun başçılıq etdiyi "Lukoil" şirkəti tutur. Şirkətin 2014-cü il üçün gəliri 4 749,2 milyard rubl təşkil edib.

 

İkinci yerdə daha bir neft şirkəti "Surqutneftqaz" (890,57 milyard rubl), üçüncü yerdə isə Rusiyanın ən iri pərakəndə satış-mağazalar şəbəkəsi “Maqnit” (763,5 milyard rubl ) qərarlaşıb.

 

İlk onluqda həmçinin “Tatneft”, “Başneft”, “Evraz” və “Norilskiy nikel” kimi şirkətlər yer alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 541

Oxşar yazılar