Azəraycanlı milyarder ailəsi ilə birgə yaxtada kef edir
24 iyul 2014 17:28 (UTC +04:00)

Azəraycanlı milyarder ailəsi ilə birgə yaxtada kef edir

0

Dünyanın ən zəngin iş adamlarından biri Rusiya vətəndaşı azərbaycanlı milyarder, “Nortqaz”ın sahibi Fərhad Əhmədov xanımı və 3 övladı ilə Türkiyədə dincəlir. Lent.az-ın Milliyyet.com saytına istinadən məlumatına görə, milyarder “Luna” adlı lüks yaxtası ilə Ege bölgəsi, Datçada istirahət edir.  

 

F. Əhmədov ailəsi ilə birgə 4 min il tarixi olan qədimi abidələri gəzib. Bundan başqa o, uzunluğu 11-ə çatan motorlu qayığı ilə gəzintiyə çıxıb.

 

 

Qeyd edək ki, 115 metr uzunluğu olan super yaxtada bütün şəraitlər var. F. Əhmədovun Roman Abromoviçdən 180 milyon dollara aldığı üzən sarayda hovuz, vertolyot enişi üçün meydança, kiçik dənizaltı, 6 motorlu qayıq, güllə keçirməyən şüşələri və bütün növ raket hücumlarına qarşı müdafiə sistemi var. Saatda 30 mil sürətlə hərəkət edən nəhəng yaxtada 50 nəfər xidmət göstərir. Bunlardan 20-i mühafizəçilərdir.

 

 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 3046

Oxşar yazılar