Avstriya parlamentinin sədri vəfat edib
03 avqust 2014 02:35 (UTC +04:00)

Avstriya parlamentinin sədri vəfat edib

Avstriya Milli Şurasının (parlamentinin) sədri Barbara Prammer avqustun 2-də uzun sürən xəstəlikdən sonra 61 yaşında vəfat edib.
 
 
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Avstriya Sosial-Demokratlar Partiyasının üzvü olan B.Prammer hökumətdə müxtəlif vəzifələrdə çalışıb. O, 2004-2006-cı illərdə parlament sədrinin birinci müavini, 2006-cı ildən vəfat edənədək isə sədri vəzifəsində işləyib. Avstriya parlamentinin ilk qadın sədri kimi tarixə düşən B.Prammer bütün siyasi partiyaların rəğbətini qazanmış nüfuzlu siyasətçi hesab olunurdu.
 
Avstriyanın Federal Prezidenti mətbuata açıqlamasında B.Prammeri ölkəsinin ictimai həyatında ən çox tanınmış qadın şəxsiyyətlərdən və dövlət xadimlərindən biri olduğunu qeyd edib.
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 721
avatar

Oxşar yazılar