Aprelin 3-də Avropada Uçuşun Təhlükəsizliyi Agentliyi beynəlxalq hava şirkətlərinə Krım yarımadası üzərindən reys etməyin “ciddi riskli” olduğu haqda xəbərdarlıq edib.
Lent.az-ın “Röyter”-ə istinadən məlumatına görə, agentlik bildirib ki, Rusiya tərəfindən ilhaq edildikdən sonra Krımın hava məkanında eyni zamanda iki xidmətin (rusiyalı və ukraynlı) mövcudluğu ciddi təhlükə yaradır.
Bir müddət öncə, Rusiya Krımın hava məkanındakı uçuşa Simferopoldakı uçuş mərkəzindən xidmət edəcəyi haqda xəbər yaymışdı.
Ukrayna tərəfi də mülki təyyarələrin yarımada səmasında idarə olunmasından imtina etmək niyyətində olmadığını bildirib.
“Bir rayon ərazisində birdən çox xidmətin məsuliyyət daşıması uçuş üçün təhlükəlidir. Sərnişinlərin təhlükəsiz uçuşu məsələsində isə kompromis ola bilməz”- deyə, agentliyin icraçı direktoru Patrik Ki bildirib.