Avstriya polisi Yeni il öncəsi bir neçə Avropa ölkəsində mümkün terror aktları barədə kəşfiyyat qurumlarından xəbərdarlıq alındığını bildirib. APA-nın “Röyters”ə istinadən verdiyi xəbərə görə, terror aktları odlu silah və partlayıcı qurğular vasitəsi ilə törədilə bilər.
Bununla belə, konkret hansı şəhərlərin təhlükə altında olduğu barədə heç bir məlumat verilmir
Agentliyin məlumatına görə, Avstriya polisi ictimai yerlərdə və nəqliyyat qovşaqlarında nəzarət tədbirlərini gücləndirib.