Avropa Komissiyasının sədri Ermənistanı qınadı
13 sentyabr 2014 23:44 (UTC +04:00)

Avropa Komissiyasının sədri Ermənistanı qınadı

Barrozu: Aİ Ermənistanın qərarına hörmət edir, lakin təəssüflənir

 

Avropa İttifaqı  Ermənistanın Aİ ilə assosiasiya barədə sazişi imzalamaqdan imtina etmək qərarına hörmətlə yanaşır, lakin bundan təəssüf edir. Lent.az-ın APA-ya   istinadən verdiyi xəbərə görə, bu barədə sentyabrın 12-də Kiyevdə Avropa Komissiyasının sədri Joze Barrozu bildirib.

 

Barrozu “Şərq Tərəfdaşlığı” siyasətinə toxunaraq qeyd edib ki, bu siyasət açıq və şəffafdır. “Biz siyasətimizi heç vaxt kiməsə qarşı yönəltməmişik. Biz heç vaxt istisna münasibətlərə meyl göstərməmişik. Əksinə, biz həmişə şərq tərəfdaşlarımızı qonşuları ilə yaxşı münasibət saxlamağa sövq etmişik”, deyə o qeyd edib.    

 

Avropa Komissiyasının sədri Ermənistanla bağlı məsələyə toxunaraq, bildirib: “Bu ölkə Aİ ilə assosiasiya barədə saziş üzrə danışıqlar aparmışdı, hətta saziş paraflanmışdı da, lakin güclü təzyiq altına düşərək son anda sazişi imzalamaqdan imtina etdi. Biz bu qərarı tənqid edirikmi? Ticarətə son qoyuruqmu? Təbii ki, yox. Biz Ermənistanın qərarına hörmətlə yanaşırıq, lakin eyni zamanda bundan təəssüf edirik”, deyə o bildirib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 964
avatar

Oxşar yazılar