Avropa azərbaycanlıları Roma Papasının bəyanatını pislədi
16 aprel 2015 23:25 (UTC +04:00)

Avropa azərbaycanlıları Roma Papasının bəyanatını pislədi

“Bu gün sivilizasiyaların toqquşduğu həssas dönəmdə Roma Papasının məlum bəyanatı bir daha sübut etdi ki, əslində Vatikan üçün müqəddəs heç bir şey yoxdur”.

 

 

APA-nın məlumatına görə, bu barədə Benilüks Azərbaycanlıları Konqresinin APA-ya daxil olan etiraz bəyanatında qeyd edilib.

 

Bəyanatda bildirilib ki, Papanın heç bir məhkəmə tərəfindən soyqırım kimi tanınmayan hadisəni "XX-ci əsrin ilk soyqırımı” adlandırması absurddur: “Tarix boyu qadınların tonqallarda yandırılmasını praktikləşdirən, erməniləri ilk dəfə katolik dinini qəbul etmədikləri üçün kilsədən qovan Vatikanın bu gün ermənilərə süni dəstək verməsi dünyada şübhə doğurur”.

  

Benilüks Azərbaycanlıları Konqresi Roma Papasının bu mövqeyini din xadimindən daha çox bir siyasətçi mövqeyi kimi qiymətləndirib, bu mövqeyi pisləyib və din xadimi üçün bağışlanılmaz olduğunu bəyan edib: “Benilüks Azərbaycanlıları Konqresi qeyd edir ki, Roma Papasının bu bəyanatı dolayısı ilə 20 il bundan əvvəl ermənilərin törətdikləri Xocalı soyqırımına qarşı olan münasibətinin də göstəricisidir”.

 

Qeyd edək ki, Papa Papası qondarma “erməni soyqırımı” "XX-ci əsrin ilk soyqırımı” ifadəsini işlədib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 184
avatar

Oxşar yazılar