Avrokomissiya, Slovakiya və Ukrayna arasında təbii qazla bağlı danışıqlar keçiriləcək
24 aprel 2014 04:12 (UTC +04:00)

Avrokomissiya, Slovakiya və Ukrayna arasında təbii qazla bağlı danışıqlar keçiriləcək

Aprelin 24-də Bratislavada Avropa Komissiyası, Slovakiya və Ukrayna arasında Ukraynaya təbii qazın ötürülməsi ilə bağlı nazirlər səviyyəsində üçtərəfli görüş keçiriləcək.

 

Lent.az-ın “İTAR-TASS”-a istinadən məlumatına görə, bu haqda Avropa Komissiyasının energetika üzrə komissarı Hünter Ettingerin mətbuat katibi açıqlama verib.

 

Mənbə bildirib ki, danışıqlarda Hünter Ettinger,Slovakiyanın iqtisadiyyat naziri Tomaş Malatinski  və Ukraynanın müvəqqəti energetika və daş kömür sənayesi naziri Yuri Prodan iştirak edəcək.

 

Məlumata əsasən, Avrokomissiya hesab edir ki, Slovakiyanın “Eustream” boru kəməri operatoru ilə Ukraynanın “Ukrtransqazom” şirkəti arasında memorandum imzalanacaq.

 

Bu ilin oktyabrından  Ukrayna ildə 3,2 milyard kub metr həcmində qaz ötürüləcək. 2015-ci ilin martından isə bu rəqəm 8-10 milyard kub metrədək arta bilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 441
avatar

Oxşar yazılar