Avrokomissar: “Aİ “Şərq Tərəfdaşlığı” ölkələrinin seçiminə hörmət edir”
30 iyun 2015 00:59 (UTC +04:00)

Avrokomissar: “Aİ “Şərq Tərəfdaşlığı” ölkələrinin seçiminə hörmət edir”

0

Avropa İttifaqı assosiasiya sazişini imzalamaq niyyəti olmayan “Şərq Tərəfdaşlığı” proqramının üzv ölkələrinin seçiminə hörmətlə yanaşır. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Minskdə səfərdə olan Avropa İttifaqının  genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Yohannes Xan bildirib.  

 

“Aİ assosiasiya sazişini imzalamağı, Aİ-yə iqtisadi inteqrasiya olmağı planlaşdırmayan ölkələrin seçiminə hörmətlə yanaşır”, deyə  Yohannes Xan  Minskdə keçirilmiş “Şərq Tərəfdaşlığı”nın nazirlər səviyyəsində keçirilmiş qeyri-formal görüşdə bildirib.

 

Bununla belə o proqramın bütün üzvlərinin Aİ ilə münasibətlərin yaxşılaşdırılmasında maraqlı olduğunda və öz öhdəliklərini icra edəcəklərinə əmin olduğunu  bildirib.

 

Qeyd edək ki, “Şərq Tərəfdaşlığı” proqramı Aİ-nin Azərbaycan, Ermənistan, Belarus, Gürcüstan  Moldova və Ukrayna ilə siyasi assosiasiyasını və iqtisadi inteqrasiyasını nəzərdə tutur.  Gürcüstan  Moldova və Ukrayna Aİ ilə assosiativ tərəfdaşlıq  haqqında sazişi imzalayıb.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 333

Oxşar yazılar