Avqustda İran gündə  3,18 mln barel neft hasil edib
16 sentyabr 2015 05:46 (UTC +04:00)

Avqustda İran gündə 3,18 mln barel neft hasil edib

0

Avqustda İranda neftin gündəlik hasilatının həcmi 3,18 mln barelə çatıb. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə “İRNA” agentliyinin dərc etdiyi OPEK-in sentyabr ayı üzrə hesabatında bildirilir. “Avqustda İranda neftin gündəlik hasilatı 3,18 mln barelə çatıb. Ay ərzində gündəlik  hasilatın həcmi 50 min barelədək artıb”, deyə hesabatda qeyd edilib.

 

Hesabata əsasən, İran avqustda neftin bir barelini  46, 25 dollara satıb.  İyulda isə neftin qiyməti 56,86 dollar olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 384

Oxşar yazılar