Avakov: “Baş verənlərə Rusiyanın təcavüzü faktı kimi baxmaq olar”
12 aprel 2014 22:34 (UTC +04:00)

Avakov: “Baş verənlərə Rusiyanın təcavüzü faktı kimi baxmaq olar”

Ukraynanın müvəqqəti daxili işlər naziri Arsen Avakov özünün “Facebook” səhifəsində Donetsk vilayətinin Kramatorsk və Krasnı Liman şəhərlərinin rayon milis bölmələrini ələ keçirməyə cəhdlər olub.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, o, yazıb: “Kramatorskda hücum davam edir. Naməlum şəxslər rayon bölməsini atəşə tutub. Milis onlara cavab verib. Atışma gedir. Rusiya istehsalı olan “AK-100” qısa qundaqlı avtomat silahlarla silahlanmış yaraqlılar Krasnı Limana basqın edib. Onların həmlə milisi və drujinaçılar tərəfindən dəf olunub”.

 

 

O, bildirib ki, bir müddət öncə ələ keçirilən Slavyanskın milis bölməsinin Mobil əlaqə vışkası sıradan çıxarılıb, Ukrayna Təhlükəsizlik Xidmətinin yerli şöbəsinin binası mühasirədədir.

 

Avakovun qənaətincə, bu olaylara  Rusiya tərəfindən edilən işğal faktları kimi baxmaq olar.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 687
avatar

Oxşar yazılar