ATƏT-ə daxil olan 57 dövlətin xarici işlər nazirləri qurumun baş katibi Lamberto Zanerin səlahiyyət müddətinin daha üç il müddətinə uzadılması haqda qərar qəbul edib.
Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, o, 2011-ci il iyulun 1-dən bu vəzifədədir.
Bu tarixədək L.Zaner ATƏT-də münaqişələrin aradan qaldırılması mərkəzində direktor, habelə BMT-nin Kosovodakı özəl təmsilçisi olaraq işləyib.
İtaliyalı diplomatın ATƏT-də səlahiyyətinin icrasının ikinci müddəti bu ilin iyulundan başlayır.