Argentinanın şimalında 5,2 bal gücündə zəlzələ baş verib.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, yeraltı təkanların episentri Kaymansito şəhərindən 22 km şimal-qərbdə, ocağı 21 km dərinlikdə yerləşib.
Dağıntı və zərərçəkənlər barədə məlumat yoxdur.