Antarktika hər il 160 milyard ton buz itirir
20 may 2014 07:44 (UTC +04:00)

Antarktika hər il 160 milyard ton buz itirir

Antarktika hər il 160 milyard ton itirir. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, mayın 19-da “Geophysical Research Letters” (“Geofiziki araşdırma məktubları”) dərgisi bu haqda məqalə dərc edib.

 

Mənbə bildirib ki, buzlaqlar dörd il öncə ilə müqayisədə iki dəfə artıb.

 

Avropanın “Cryosat” kosmik agentliyi tərəfindən quraşdırılan peyk vasitəsi ilə aparılan müşahidə nəticəsində buzun əriməsindəki dəyişiklik hesablanıb.

 

Qurğuların göstəricilərinə əsasən, hər il Antarktikada buz qatı iki santimetr nazilir.

 

ABŞ  Milli Kosmik Araşdırma Agentliyinin (“NASA”) hesablamalarına görə, Antarktikanın bütün buzları əriyərsə, o zaman dənizlərin səviyyəsi bir metr artacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1010
avatar

Oxşar yazılar