ABŞ Türkiyəni Suriya sərhədində atəşi dayandırmağı çağırıb. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın Rusiyadakı səfiri Con Tefft bildirib.
“Biz Türkiyənin PKK və terror aktları ilə əlaqədar narahatlığını anlayırıq, lakin biz Türkiyəni Suriya sərhədində atəşi dayandırmağa çağırmışıq”, - deyə Tefft bildirib.
Səfir qeyd edib ki, ABŞ YPG dəstələrinə də Hələb şəhərində və onun ətrafında əməliyyatları dayandırmağa çağırıb.
“Bizim məqsədimiz gərginliyi aradan qaldırmaqdır, biz hərbi əməliyyatlara son qoyulmasını istəyirik”, - deyə səfir bildirib.