Son aylar ABŞ-ın hüquq-mühafizə orqanlarının yol verdiyi zorakılıq halları və irqi diskriminasiya səbəbindən iğtişaşların baş verdiyi Missuri ştatının Sent Luis şəhərində polis əməkdaşları daha bir şəxsi qətlə yetirib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə yerli rəsmi qurumların məlumatında bildirilir.
Öldürülən 23 yaşlı şəxsin qaradərili olduğu barədə məlumat verilmir. Məlumatda onun ünvana çağırılmış polis əməkdaşlarına bıçaqla hücum etdiyi bildirilir. Hadisənin video görüntüsünün olduğu qeyd edilir, lakin kadrlar hələlik dərc edilməyib.
Yerli mətbuat insidentin yeni iğtişaşlara səbəb olacağını qeyd edir.