Nijni Novqorodda altı uşağını öldürməkdə şübhəli bilinən şəxsin anasının Vladimir vilayəti Qoroxovets şəhərindəki evinin həyətyanı sahəsində insan qalıqları aşkarlanıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu qalıqların axtarışa verilən Nijni Novqorodda altı uşağını öldürməkdə şübhəli bilinən şəxsin anasına məxsus olduğu ehtimal edilir.
Qətlin nə vaxt törədildiyini təyin olunmuş ekspertiza müəyyən edəcək. Şübhəli bilinən şəxsin axtarışı davam edir, onun əlamətləri qonşu regionlara da göndərilib.
Qeyd edək ki, Rusiyanın Nijni Novqorod şəhərində mənzillərin birində ana və 6 uşağının hissələrə ayrılmış meyiti aşkarlanıb.