Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasının (AKP) millət vəkillərindən olan Əhməd Kutalmış Türkeş partiyasından istefa verib. Lent.az-ın sozcu.com.tr-yə istinadən məlumatına görə, Millətçi Hərəkat Partiyasının keçmiş lideri, mərhum Alparslan Türkeşin oğlu olan Ə.K.Türkeş qərarını partiyasının gələcək siyasəti ilə əlaqələndirib. O, istefa bəyanatında qeyd edib ki, Türkiyə Konstitusiyasındakı “türk” sözünün çıxarılması və ölkənin federasiyalara bölünməsi qərarı ilə razılaşa bilməzdi.
Qeyd edək ki, Ə.K.Türkeşin istefası ilə AKP-nin parlamentdəki millət vəkillərinin sayı 311-ə enib.