Almanlar qatar üzünə həsrət qalacaq
20 may 2015 06:55 (UTC +04:00)

Almanlar qatar üzünə həsrət qalacaq

0

Almaniyada “Deutsche Bahn” dəmiryolu konserninin maşinistlərinin tətil elan etməsi ölkənin nəqliyyat sistemində ciddi problemlər yarada bilər. APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, bu barədə konsernin saytında dərc edilmiş məlumatda bildirilir.  

 

Qeyd edək ki, Almaniyada maşinistlərin irimiqyaslı tətili  bu gün səhər saatlarından start götürür. Tətil   “GDL” həmkarlar ittifaqı tərəfindən təşkil olunub.

 

Aksiyanın yekun tarixi  həmkarlar ittifaqı tərəfindən tətilin başa çatmasına 48 saat qalmış elan ediləcək.

 

Qeyd edək ki, maşinistlər  5 faiz artırılmasını və iş həftəsinin bir saat azaldılmasını tələb edirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 295

Oxşar yazılar