Almaniyada yoxsulluğun səviyyəsi ölkənin 1990-cı ildə birləşməsindən bəri rekord həddə çatıb. Lent.az xəbər verir ki, Trend-in Rusiya mediasına istinadən məlumatına görə, bu barədə ölkənin Xeyriyyə Təşkilatları Assosiasiyası xəbər yayıb.
Assosiasiyanın məlumatına əsasən, ölkənin 12,5 milyon əhalisi yoxsulluqdan aşağı səviyyədə yaşayır. Ekspertlər yoxsulluğun ən yüksək səviyyəsini Bremen və Berlin şəhərlərində qeydə alıblar.
Yoxsulluq kriteriyasına ailə gəliri ölkə üzrə orta səviyyədən 60 faiz aşağı olan əhali qrupu aid edilir.