Аlmaniyada qatar yük maşını ilə toqquşdu: ölən var - <span style="color:red;">YENİLƏNİB
06 noyabr 2015 06:55 (UTC +04:00)

Аlmaniyada qatar yük maşını ilə toqquşdu: ölən var - YENİLƏNİB

0

Almaniyada sərnişin qatarı ilə yük avtomobilinin toqquşması nəticəsində azı 1 nəfər ölüb, 21 nəfər xəsarət alıb.

 

APA-nın RİA Novosti  agentliyinə istinadən verdiyi məlumata görə, Bavariya federal torpağının ərazisində, Frayunq şəhəri yaxınlığında baş verib.

 

Məlumata əsasən, içərisində 50 sərnişin olan qatar dəmiryol keçidində yük maşını ilə toqquşub. Qatar avtomobili vuraraq 1 km  sürüyəndən sonra hər iki nəqliyyat vasitəsində yanğın başlayıb. Qatarın maşinisti itkin düşüb.

 

AFP agentliyinin məlumatına əsasən, yük avtomobili ABŞ ordusuna məxsusdur.

 

***

 

Almaniyada dəmiryol keçidində sərnişin qatarı yük maşını ilə toqquşub.

 

APA-nın DPA agentliyinə istinadən verdiyi məlumata görə, hadisə ölkənin cənubunda, Bavariya federal torpağının ərazisində qeydə alınıb

 

İlkin məlumata əsasən, qəza nəticəsində xeyli sayda ölən və xəsarət alan var. Toqquşmadan dərhal sonra partlayış verib. Regional xətt üzrə hərəkət edən qatarda 50-dək sərnişinin olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 396

Oxşar yazılar