Almaniyanın Frankfurt şəhərində baş verən iğtişaşlar nəticəsində 100 etirazçı və 94 asayiş keşikçisi xəsarət alıb.
APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, Avropa Mərkəzi Bankının yeni açılmış ofisi qarşısındakı etiraz aksiyasında 3 500 nəfər iştirak edir.
Etirazçılar 7 polis maşını və ətrafdakı bir neçə ticarət obyektini yandırıblar. Aksiyanın hazırda davam etdiyi bildirilir. Etirazçılar əllərində “İnsanlar banklardan əhəmiyyətlidir” şüarı yazılan plakatları tutublar.