Almaniya öz vətəndaşını girovluqdan azad etdi
10 oktyabr 2014 22:04 (UTC +04:00)

Almaniya öz vətəndaşını girovluqdan azad etdi

2012-ci ilin yanvarında Pakistan ərazisində oğurlanan Almaniya vətəndaşı Mixael Bernd Əfqanıstanda azad olunub.

 

APA-nın “Gazeta.ru”-ya istinadən verdiyi xəbərə görə, Almaniya Xarici İşlər Nazirliyindən bildirilib ki, girovun azad edilməsində onlara xarici tərəfdaşlar yardım göstərib.

 

Mixael Berndə görə heç bir maliyyə vəsaitinin ödənilmədiyi vurğulanıb. Girov Kabilin şərqindəki məscidlərin birində təhvil verilib. Qeyd olunur ki, Mixael Bernd humanitar təşkilatlardan birinin əməkdaşı olub. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 620
avatar

Oxşar yazılar