Almaniya ABŞ-ın casusunu ölkədən çıxarıb
11 iyul 2014 06:12 (UTC +04:00)

Almaniya ABŞ-ın casusunu ölkədən çıxarıb

0

Almaniya hökuməti ABŞ xüsusi xidməti orqanının əməkdaşını ölkədən çıxarıb.

 

Lent.az-ın “BBC”-yə istinadən məlumatına görə, bu haqda Almaniya hökuməti mətbuat xidmətinin təmsilçisi Şteffen Zaybert bildirib.

 

Rəsmi Berlin bildirib ki, bu addım Amerika kəşfiyyatının Almaniya ərazisindəki fəaliyyəti araşdırıldıqdan sonra atılıb.

 

Mənbə xatırladıb ki, iyulun 10-da Almaniya Müdafiə Nazirliyi əməkdaşının ABŞ-ın xeyrinə casusluq etməsindən Berlin şübhələnib. Ötən həftənin cümə günü isə 31 yaşlı başqa bir şübhəli həbs edilib. O, xarici kəşfiyyat bölməsində işləyirmiş.

 

Ağ ev baş verənləri şərh etməsə də, ABŞ-la Almaniya xüsusi xidmət orqanları arasında əməkdaşlığı ümumi təhlükəsizliyin vacib elementi adlandırır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 685

Oxşar yazılar