Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Şimali Kipr Türk Respublikası ilə adanın yunan Kipr Respublikası arasındakı müzakirələri kökündən dəyişdirəcək qərar qəbul edib.
Lent.az-ın Habertürk-yə istinadən məlumatına görə, Kipr Barış Hərəkatı və adanın bölünmüş vəziyyətdə qalması ucbatından Türkiyəyə təzminat cəzası verilməsi haqda qərarını açıqlayıb.
AİHM Kipr Barış Hərəkatına Türkiyənin 90 milyon avro təzminat ödəməsi haqda hökm çıxarıb. Bu məbləğin 30 milyon avrosu yunan Kiprindəki 1974-cü il olayları zamanı "zərər xəkmiş" ailələrə veriləcək.
Mənbə bildirib ki, bununla da Türkiyə tarixində ilk dəfə tanımadığı bir dövlətə təzminat ödəmək məcburiyyətində qalacaq.
Türkiyənin Xarici İşlər Nazirliyi məhkəmənin qərarı ilə bağlı açıqlama verib.
Nazirlik bildirib ki, problemin həll edilmədiyi bir şəraitdə bu qərarın icrası mümkünsüzüdür və hüquqi əsası yoxdur.