Çində cəsəd oğurluğu ilə məşğul olan şəxslər tutulub. Lent.az-ın məlumatına görə, iyun ayında Çinin cənub hissəsində yerləşən Beyliu qəsəbəsinin sakini babasının qəbirinin açılarq cəsədin oğurlanması barədə polisə müraciət edib.
Polisin apardığı əməliyyat-axtarış tədbirləri nəticəsində avqustda məzarlardan cəsədləri oğurlayan Zonq adlı şəxs tutulub. Şübhəli şəxs gecə saatlarında qonşu kəndlərin qəbirstanlıqlarından 20 dən çox cəsəd oğurladığını etiraf edib. Zonq deyib ki, cəsədləri iki nəfər dövlət məmuruna satıb. Bundan sonra hər iki məmur həbs edilib.
Qeyd edək ki, Çində dövlət ölən şəxslərin cəsədlərin yandırılmasın tərəfdarıdır. Yalnız ölüləri ziyarət etmək istəyən şəxslər dövlətə vergi verərək vəfat edənləri qəbirstanlıqda basdırırlar.