Sentyabrın 10-da Ağ Evə girən şəxslə bağlı rəsmi məlumat yayılıb. Lent.az-ın verdiyi xəbərə görə, 42 yaşlı Omar Qonzalesin silahlı olduğu və Ağ Evin içinə qədər irəlilədiyi açıqlanıb.
Yayılan xəbərə görə, O.Qonzales Ağ Evin 64 metr uzunluğundakı baxçasını keçərək ilk mərtəbəyə daxil olub. O.Qonzales burada xüsusi xidmət orqanının əməkdaşı ilə qarşılaşıb. Onun əlindən qaçan O.Qonzales qəbulların, brifinqlərin keçirildiyi Şərq salonuna çatıb. O.Qonzales Yaşıl salona girməyə çalışarkən saxlanılıb.
Bildirilir ki, O.Qonzales Ağ Evə daxil olmağı bacaran ilk şəxsdir. Onun üzərində soyuq silah sayılan bıçaq olub.
Faktla bağlı araşdırma davam etdirilir.