Ağ Ev Obama haqda irqçi zarafatlara reaksiya verdi
23 may 2015 01:52 (UTC +04:00)

Ağ Ev Obama haqda irqçi zarafatlara reaksiya verdi

Ağ Ev ABŞ prezidenti Barak Obamanın titter-akkauntunda “təhqiramiz və irqçi şərhlər selinin açıq cəmiyyətin tərkib hissəsi” olduğunu bildirib.

 

Lent.az-ın “musavat.com”-a istinadən məlumatına görə , bu barədə Ağ Ev rəsmisi Coş Ernst bildirib.

 

“Biz hamımız belə şeylə rastlaşırıq, heç də hamı bizim xoşumuza gəlməli deyil, ancaq bu, açıq cəmiyyətin tərkib hissəsidir və prezidentin və administrasiyanın mövqeyinə görə, cəmiyyət buna layiqdir. Bu, amerikanları nəyin narahat elədiyini bilmək üçün onları legitim dialoqa cəlb eləmək imkanı verən mühüm alətdir”, - deyə Obamanın mətbuat katibi qeyd edib.

 

Ağ Ev rəsmisi etiraf edib ki, ölkənin ilk qaradərili prezidenti olan Obamaya irqçi zəmində ünvanlı zarafatlar və təhqiramiz qeydlər selini onunla müzakirə etməyib.

 

Barak Obama titter-ə ötən bazar ertəsi qoşulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 250
avatar

Oxşar yazılar