Afrika ölkələri “Boko Haram”la mübarizəyə qalxdı
16 fevral 2015 23:42 (UTC +04:00)

Afrika ölkələri “Boko Haram”la mübarizəyə qalxdı

Kamerunda Mərkəzi Afrika İqtisadi İttifaqına (ECCAS) üzv olan ölkələrin fövqəladə sammiti baş tutub.

 

APA-nın Reuters agentliyinə istinadən məlumatına görə, görüşdə “Boko Haram” terror qruplaşması ilə birgə mübarizə aparılması barədə razılaşma əldə edilib.

 

Qabon prezidenti Əli Bonqo bəyan edib ki, “Boko Haram”la mübarizəyə 87 milyon ABŞ dolları ayrılacaq.  Mərkəzi Afrika İqtisadi İttifaqına Anqola, Burundi, Qabon, Kamerun, Konqo Respublikası, San-Tome və Prinsipi, Mərkəzi Afrika Respublikası, Konqo Demokratik Respublikası, Çad və Ekvatorial Qvineya daxildir.

 

Qeyd edək ki, hazırda “Boko Haram” terror qruplaşması ilə mübarizəni əsasən ECCAS-a üzv olmayan Nigeriya və Niger aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 295
avatar

Oxşar yazılar