AEBA İranla barışdı
22 sentyabr 2015 05:28 (UTC +04:00)

AEBA İranla barışdı

Rəsmi Tehran və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyi (AEBA) arasındakı ziddiyyətlərə tezliklə son qoyulacaq.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın Atom Enerjisi Təşkilatının rəhbəri Əli Əkbər Salehi bəyan edib.

 

“ABEA-nın baş direktoru Yukiya Amanonun İrana səfəri məhsuldar və səmərəli olub. Ümid edirəm ki, bugünkü əməkdaşlığımız 2015-ci ilin sonunadək uzun illər boyu davam edən ziddiyyətlərə son qoyacaq”, deyə Əli Əkbər Salehi bildirib.

 

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyinin baş direktoru Tehrana səfər edərək prezident Həsən Ruhani, xarici işlər naziri Məhəmməd Cavad Zərif və İran parlamentinin üzvləri ilə görüşüb.

 

Y.Amano həmçinin Parçin şəhərində indiyədək ABEA nümayəndələrinin buraxılmadığı hərbi obyektə baş çəkib. ABEA-nın yaydığı bəyanata əsasən, nüvə obyekti təşkilatın təftiş və monitorinq standartlarına uyğun yoxlanılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 288
avatar

Oxşar yazılar