Yəmənin cənubunda son üç gündə toqquşmalar nəticəsində ölənlərin sayı 60-ı keçib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, ölkənin səhiyyə qurumunun açıqlamasına əsasən, toqquşmalar nəticəsində 61 nəfər ölüb, 203 nəfər yaralanıb.
Bundan əvvəl 54 nəfərin öldüyü, 187 nəfərin isə yaralandığı bildirilmişdi.
Qeyd edək ki, martın 25-dən 26-na keçən gecə Səudiyyə Ərəbistanının və Fars körfəzinin digər ölkələrinin daxil olduğu beynəlxalq koalisiya Yəmənin böyük hissəsinə nəzarət edən şiə üsyançılarına (husilər) qarşı hərbi əməliyyat keçirməyə başlayıb. Koalisiya paytaxt Sanadakı aeroporta və bir sıra hərbi obyektə zərbələr endirib.