ABŞ vətəndaşı Ukraynanın maliyyə naziri oldu
02 dekabr 2014 23:19 (UTC +04:00)

ABŞ vətəndaşı Ukraynanın maliyyə naziri oldu

0

Ukrayna Ali Radası Pavel Klimkini ölkənin xarici işlər naziri vəzifəsində təsdiqləyib. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Klimkin bu vəzifəni təkrar icra edəcək, onun namizədliyini 351 deputat dəstəkləyib.

 

Qeyd edək ki Ukrayna Nazirlər Kabinetində 3 xarici vətəndaş da yer alıb. Belə ki, ölkənin Səhiyyə Nazirliyinə Gürcüstan vətəndaşı Aleksandr Kvitaşvili rəhbərlik edəcək. Litva vətəndaşı Ayvaras Abramaviçus  Ukraynanın iqtisadi inkişaf naziri təyin olunub. Ölkənin Maliyyə Nazirliyi isə ABŞ vətəndaşı Nataliya Yareskoya həvalə edilib.

 

Ukraynanın energetika naziri vəzifəsinə Vladimir Demçişin, DİN rəhbəri vəzifəsinə isə yenidən Arsen Avakov təyin edilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 222

Oxşar yazılar