ABŞ-ın Kiyevdəki səfirliyi Ukrayna vətəndaşlarına 10 illik viza verməyə başlayıb.
Lent.az-ın “İnterfaks”-a istinadən məlumatına görə, bu haqda Ukraynanın xarici İşlər Nazirliyi bildirib.
“ABŞ səfirliyi bildirib ki, aprelin 25-dən Birləşmiş Ştatlar vətəndaşlara 10 illik viza verilməsi praktikasını tətbiq etməyə başlayıb” –deyə, Ukrayna XİN informasiya idarəsinin direktoru Perebiynis söyləyib.
O, qeyd edib ki, təmsil etdiyi qurum ABŞ-ın bu addımını alqışlayır.
“Beləliklə, Ukrayna vətəndaşları, özəlliklə sahibkarlar üçün ABŞ-a vizanın etibarlılıq müddəti maksimum 10 il olacaq”-deyə, direktor bildirib