APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığının nümayəndəsi Qreqori Hiks bəyan edib.
“Təlimlər sentyabrın 16-dan 26-dək baş tutmalıdır”, deyə ABŞ rəsmisi bildirib.
Təlimlərin Lvov şəhəri yaxınlığında baş tutacağı planlaşdırılır. Avqustun 3-də ABŞ Dövlət Departamentinin sözçüsü Cen Psaki tədbirə 200 ABŞ hərbçisinin qatılacağını bildirib.