ABŞ Ukraynada hərbi təlim keçirəcək
14 mart 2014 11:03 (UTC +04:00)

ABŞ Ukraynada hərbi təlim keçirəcək

0

İyul ayında ABŞ ordusunun Avropadakı Qoşunlar Komandanlığı (USAREUR) tərəfindən Ukraynada «Rapid Trident-2014» çoxmillətli hərbi təlim keçiriləcək.


 

Bu barədə APA Pentaqonun rəsmi orqanı olan «Star & Stripes» qəzetinə istinadən məlumat verib.

 

Lvov vilayəti ərazisində keçirilməsi planlaşdırılan hərbi təlimdə məqsəd regional sabitliyin və təhlükəsizliyin təmini üçün tərəfdaşlıq potensialının gücləndirilməsi, NATO və tərəfdaş dövlətlər arasında qarşılıqlı əlaqələrin təkmilləşdirilməsi və inam gücləndirilməsidir.

 

«Rapid Trident-2014» təlimində Ermənistan, Azərbaycan, Bolqarıstan, Kanada, Gürcüstan, Almaniya, Moldova, Polşa, Rumıniya, Böyük Britaniya və Ukraynadan hərbçilərin iştirakı gözlənilir.

 

Qeyd edək ki, ötən il keçirilmiş iki həftəlik eyni adlı təlimdə müxtəlif ölkələrdən 1300 hərbçi iştirak edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 807

Oxşar yazılar