ABŞ Ukrayna ilə müdafiə sahəsində əməkdaşlığı genişləndirəcək
19 sentyabr 2014 04:19 (UTC +04:00)

ABŞ Ukrayna ilə müdafiə sahəsində əməkdaşlığı genişləndirəcək

ABŞ Ukrayna ilə təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsinə hazır olduğunu bildirib. Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Ukrayna prezidenti Pyotr Poroşenko amerikalı həmkarı Barak Obama ilə görüşündən sonra deyib.

 

Poroşenkonun sözlərinə görə, Obama müdafiə sahəsində əməkdaşlıq etməyə  razılıq verib: “Mən ABŞ prezidentindən təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsini xahiş etdim və müsbət cavab aldım”, deyə Poroşenko jurnalistlərin Amerika silahının Ukraynaya mümkün tədarükü ilə bağlı sualına cavabında qeyd edib.

 

Xatırladaq ki, Ukrayna prezidenti sentyabrın 18-də ABŞ-a işçi səfər edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 574
avatar

Oxşar yazılar